DataLife Engine > BLOK XƏBƏR > Bakıda Prezidentin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümumxalq yürüşü keçirilib-

Bakıda Prezidentin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümumxalq yürüşü keçirilib-


26-02-2019, 13:08. Yerləşdirdi: Tural Bakıda Prezidentin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümumxalq yürüşü keçirilib-



Azərbaycan paytaxtında Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumxalq yürüşü keçirilir.

Azərtac xəbər verir ki, yürüş iştirakçıları Bakı Dəniz Vağzalının qarşısından başlayaraq "Ana harayı" abidəsinə doğru hərəkət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, hökumət və dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar yürüşdə iştirak ediblər.

Ön sırada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları ümumxalq yürüşünün iştirakçıları və onların keçdikləri prospekt və küçələr boyu düzülmüş minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutublar. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", "Xocalı, sözün bitdiyi yer" və s. çağırışlar və şüarlar nümayiş etdirilib.

Yürüşdə ümumilikdə on minlərlə insan iştirak edir.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Bakıda Prezidentin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümumxalq yürüşü keçirilib-

Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva abidənin önünə tər güllər qoyublar.

Hazırda yürüş davam edir.

Geri qayıt