DataLife Engine > BLOK XƏBƏR > Putin 9 generalı işdən çıxardı

Putin 9 generalı işdən çıxardı


9-02-2019, 00:04. Yerləşdirdi: Tural Putin 9 generalı işdən çıxardı




Rusiya prezidenti Vladimir Putin güc strukturlarında çalışan 9 generalı vəzifəsindən azad edib.

Xalqinfo.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin bununla bağlı müvafiq sərəncam imzalayıb.

İşdən çıxarılanlar arasında general-leytenant Sergey Didenko (Rusiya FHN-in Sibir regional mərkəzinin rəisi), general-mayor İrina Zeybert (Rusiya İstintaq Komitəsi sədrinin baş köməkçisi), general-mayor Aleksandr Kuznetsov (DİN-in Krasnoyarsk əyaləti üzrə Baş İdarəsinin rəis müavini) və general-mayor Vladimir Nikitiyev (Cəzaların İcrası Federal Xidmətinin Kirov əyaləti üzrə rəisi) də var.
Geri qayıt