DataLife Engine > BLOK XƏBƏR > Zəlzələdən sonra 30 nəfər xəstəxanaya düşüb -

Zəlzələdən sonra 30 nəfər xəstəxanaya düşüb -


6-02-2019, 11:58. Yerləşdirdi: Tural Zəlzələdən sonra 30 nəfər xəstəxanaya düşüb -








Şamaxı rayonunda zəlzələdən sonra xəstəxanalara müraciət edənlərin sayı 30-a çatıb.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda rayon xəstəxanaları gücləndirilmiş iş rejimində işləyir: “Xəstəxanalara ümumi 30 nəfər müraciət edib, 3 nəfər travmotologiya şöbəsinə çatdırılıb. Bir nəfərin qolu sınıb, iki nəfər ayağından xəsarət alıb. Müraciət edənlərin əksəriyyəti həyəcandan təzyiqi qalxan şəxslər olub. Bir nəfər cavan adamın həyəcandan dili tutulub, yardım göstəriləndən sonra özünə gəlib və evə buraxılıb.

Digərlərinə də lazımi tibbi yardım göstərilib. Bir nəfərin həyəcandan beyninə qan sızıb, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır”.
Geri qayıt