DataLife Engine > BLOK XƏBƏR > Zəlzələ nəticəsində Şamaxıda dağıntı olub, 3 nəfər xəsarət alıb

Zəlzələ nəticəsində Şamaxıda dağıntı olub, 3 nəfər xəsarət alıb


6-02-2019, 01:11. Yerləşdirdi: Tural Zəlzələ nəticəsində Şamaxıda dağıntı olub, 3 nəfər xəsarət alıb




Bu gecə Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.

"Report"un Şirvan bürosunun məlumatına görə, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
Geri qayıt