DataLife Engine > BLOK XƏBƏR > BMT Venesuela haqqında qərar Verdi

BMT Venesuela haqqında qərar Verdi


5-02-2019, 04:33. Yerləşdirdi: Tural  BMT Venesuela haqqında qərar Verdi




BMT Venesuela böhranı ilə bağlı gözlənilməz mövqe nümayiş etdirib.
“Xalqinfo” xəbər verir ki, qurumun baş katibi Antonio Quterreş BMT-nin heç bir qrupun yanında yer almayacağını söyləyib.

Quttereş jurnalistlərə açıqlamasında Venesueladakı böhranı narahatlıqla izlədiyini bildirib.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən Venesueladakı krizlə bağlı qurulan Beynəlxalq Təmas Qrupunun ilk toplantısı fevralın 7-də Uruqvayın paytaxtı Montevideoda keçiriləcək.

Təmas qrupuna üzvlər arasında Fransa, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, İsveç, Ekvador, Kosta-Rika, Boliviya və Uruqvay kimi ölkələr var.
Geri qayıt