DataLife Engine > BLOK XƏBƏR > “FETÖ-nün çox önəmli şəxsini qardaşım İlham Əliyev təslim etdi”

“FETÖ-nün çox önəmli şəxsini qardaşım İlham Əliyev təslim etdi”


5-02-2019, 04:23. Yerləşdirdi: Tural “FETÖ-nün çox önəmli şəxsini qardaşım İlham Əliyev təslim etdi”




“FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının vacibliyini dəfələrlə qeyd etmişik. Çünki bu məsələdə başqa təzahürlər meydana gəlməyə başlayıb. FETÖ-nün ABŞ Konqresində də adamları var. Bəzi vətəndaşlarımızın FETÖ barəsində danışmaqlarını, hətta kitab yazmağını anlaya bilmirəm
”.

Xalqinfo.AZ xəbər verir ki, bunu Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, Fətulah Gülənə inanan, arxasınca gedən şəxslər var: “Ağır olsa belə, bunu demək məcburiyyətindəyik. Onlar həqiqəti öyrənməlidirlər”.

Ərdoğan, həmçinin vurğulayıb ki, dünyanın bir çox ölkələri FETÖ terror qruplaşmasının liderlərini Türkiyəyə təslim etməyə başlayıblar: "Ən son Azərbaycandan FETÖ-nün çox önəmli şəxsini sağ olsun qardaşım İlham Əliyev təslim etdi. Bundan öncə də təslim edilənlər var idi. Kosovo da 6-7 nəfəri təslim edib. Onlar olduqları yerdə hökuməti devirə biləcək bir vəziyyətə gəlmişdilər”.
Geri qayıt