DataLife Engine > BLOK XƏBƏR > Plenar iclas başladı

Plenar iclas başladı


1-02-2019, 12:12. Yerləşdirdi: Tural Plenar iclas başladı





Milli Məclisin 2019-cu il yaz sessiyasının ilk plenar iclası başlayıb.

Xalqinfo.az xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən toplantıda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Plenar iclasın gündəliyinə 38 məsələ daxildir.

Deputatlar əvvəlcə Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planını təsdiq edəcək, sonra isə parlamentin Hesablayıcı komissiyasının, İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında məsələyə baxacaqlar.

İclasda “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “İnzibati icraat haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və s. qanunlara, eləcə də İnzibati Xətalar, Əmək, Cəzaların İcrası və Ailə məcəllələrinə dəyişiklik layihələri müzakirə olunacaq.
Geri qayıt