DataLife Engine > BLOK XƏBƏR > “Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” -

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” -


20-01-2019, 14:59. Yerləşdirdi: Tural “Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” -




““Məhsul” stadionunda keçirilən mitinq bir daha göstərdi ki, Azərbaycan xalqı bu cür aksiyalara dəstək vermir”.


“Xalqinfo”nun verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda bəzi qruplar xaricdən olan təbliğatın təsirləri altında, həm də özlərinin mənfur niyyətlərini həyata keçirmək məqsədilə qarşıdurma yaratmaq üçün cəhdləri edirlər:

“Bu cəhdlər zamanı mitinqlərdən istifadə edirlər. Azərbaycan demokratik dövlətdir, bu gün mitinqlərlə nəyəsə nail olmaq zamanı deyil. Hansısa siyasi qrupun cəmiyyətə sözü varsa, bunu çatdırmaqda heç bir problem yoxdur. “Məhsul” stadionunda eyni adamlar toplaşıb, eyni fikirlər səsləndirirlər, onların boyat fikirlərinə xalq reaksiya vermir, verməyəcək də. Çünki onların dediklərində hər hansı yenilik yoxdur”.
Geri qayıt