DataLife Engine > BLOK XƏBƏR > Hansı rəislər işdən çıxarıldı? –

Hansı rəislər işdən çıxarıldı? –


17-01-2019, 14:06. Yerləşdirdi: Tural Hansı rəislər işdən çıxarıldı? –





Bakının 4 rayonunun polis rəisinin işdən çıxarılması haqda məlumat 8 yanvarda yayılmışdı.

Məlumatda Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Binəqdi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi Şəmşir Kazımovun işdən azad edildiyi bildirilirdi.

Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məlumatı təkzib etdi.

Bunun ardınca sözügedən rəislərin vəzifədən azad edilməsi ilə bağlı yenidən məlumat yayılıb.

Binəqdi Rayon Polis İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayevin işdən çıxarılması ilə bağlı məlumat Daxili İşlər Nazirliyindən bir daha təkzib edilib.

Nazirikdən Xalqinfo.az -a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov isə işdən azad ediliblər.

Xəbər yenilənəcək...
Geri qayıt