DataLife Engine > BLOK XƏBƏR > “Mehman qardaşına görə məsuliyyət daşımadığını deyir” –

“Mehman qardaşına görə məsuliyyət daşımadığını deyir” –


8-01-2019, 19:14. Yerləşdirdi: Tural “Mehman qardaşına görə məsuliyyət daşımadığını deyir” –



“Mehman Hüseynov aclıq aksiyası keçirmir”.

Bunu Avropa.info-ya açıqlamasında Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.

Mehman Hüseynovla bu gün cəzaçəkmə müəssəsində görüşdüyünü bildirən Ə. Nuriyev, onun səhhətində ciddi problemlərin olmadığını qeyd edib.

“Mehman sulu yeməklər və maye qəbul edir. Bu gün səhər saatlarında atası ona sovqat gətirib. Özünün dediyinə görə, onunla pis rəftar edilmir, saxlanma şəraiti yaxşıdır. Bizdən əvvəl onunla “Qırmızı Xaç”ın da əməkdaşları görüşüblər. Mehmanın saxlanma şəraiti ilə də tanış olduq. 4 nəfərlik kamerada 3 nəfər saxlanılırlar. Onunla bir yerdə saxlanılanlar da qatı cinayətkarlar deyil. Saxlanıldığı yerdə istilik sistemi yaxşıdır, televizor var. Yeganə etirazı ona qarşı başlanmış yeni cinayət işi ilə bağlıdır. Mehman bizimlə söhbətində bir qardaşının 20 ildir Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyini dedi. Mehman digər qardaşı Emin Hüseynova görə isə heç bir məsuliyyət daşımadığını bildirdi”, – Əliməmməd Nuriyev belə deyib.
Geri qayıt