DataLife Engine > BLOK XƏBƏR > Leyla Əliyeva beynəlxalq forumda

Leyla Əliyeva beynəlxalq forumda


10-12-2018, 11:30. Yerləşdirdi: Tural Leyla Əliyeva beynəlxalq forumda




I

Xalqinfo.az xəbər verir ki, forum Kənd təsərrüfatı və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, bir sıra hökumət üzvləri və xaricdən gələn qonaqlar iştirak edir.

Forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafı, müxtəlif maraqlı tərəflər arasında əlaqələrin gücləndirilməsi və dayanıqlı biznes modellərin qurulmasıdır.

REKLAM

facebook.com
Daha ətraflı
Native Video by Adributor

Tədbirdə çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycanda belə bir forumun keçirilməsi ölkəmizin etibarlı partnyor olduğunu təsdiq edir: "FAO-nun proqnozlarına görə dünya əhalisinin say 2050-ci ildə 9,4 milyarda çatacaq. Bu da o deməkdir ki, biz ərzaq ehtiyatımızı 70 faizə çatdırmalıyıq. Azərbaycanda aqrar sahənin sayı ÜDM-də də artıb Bu ilin 9 ayında kənd təsərrüfatının payı 4,3 faiz artıb. Biz kənd təsərrüfatı məhsullarını ixrac edirik. Kənd təsərrüfatını inkişaf etdirmək üçün qarşımıza qoyduğumuz məqsəd fermer və kəndliləri yardım etmək, mövcüd sahələrdə innovasiya və texnologiyaları tətbiq etməkdir. İnnovasiyanın tətbiqi sahəsində 20-30 faiz məhsuldarlıq olur. Ərzaq məhsullarının qiyməti isə 45-50 faiz aşağı düşür".

***

Tədbirdə çıxış edən Türkiyənin kənd təsərrüfatı naziri Bəkir Pakdəmirli bir qədər əvvəl prezident İlham Əliyevlə görüşdüyünü bildirib: "Mən hər dəfə çıxışlarında kənd təsərrüfatının müdafiə sahəsindən önəmli olduğunu deyirəm. Bu gün dünyada 800 milyon adam aclıqdan əziyyət çəkir. 3,5 trilyon dollar isə yanlış qidalanmağa pul sərf edirik. Gələcəkdə qida və su müharibəsi öncül olacaq. Hazırda kənd təsərrüfatı torpaqları dünya miqyasında yox olur". O, həmçinin çıxışında Türkiyənin təcrübəsinin Azərbaycanla bölüşməyə hazır olduğunu qeyd edib.

***

"Kənd təsərrüfatı sahəsi yarım əsrdə çox ciddi yeniləşmə dövrü keçib".

"Qafqazinfo" xəbər verir ki, bunu " AgTech and Green Energy” forumunda prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi Azər Əmiraslanov deyib.

Onun sözlərinə görə, bu gün kənd təsərrüfatı ilə daha çox inkişaf etmiş ölkələri məşğul olur:"Təsadüfi deyil ki, bu gün dünyada ərzaq məhsullarının əsas ixracatçısı qismində məhz inkişaf etmiş ölkələr çıxış edir.
20-cı əsrin 60-70 -ci illərində beynəlxalq leksikoma yaşıl inqilab adlanan yeni bir anlayış daxil olur. Yeni bitki sortlarının tətbiqi, mütərəqqi sistemlərin istifadə edilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi, yaşıl inqilabın əsas komponentləri hesab edilir. Qeyd edilən istiqamətlər üzrə ölkədə addımlar atılsa da, bu sahədə görəcəyimiz hələ xeyli işlər var".

Geri qayıt