DataLife Engine > BLOK XƏBƏR > Adnan Oktarın əxlaqsız tələsindən zərərçəkənlər biabırçı məqamları açıqladılar

Adnan Oktarın əxlaqsız tələsindən zərərçəkənlər biabırçı məqamları açıqladılar


4-12-2018, 15:57. Yerləşdirdi: Tural Adnan Oktarın əxlaqsız tələsindən zərərçəkənlər biabırçı məqamları açıqladılar




Adnan Oktar və qrupuna qarşı yönəldilmiş əməliyyatdan sonra istintaq tərəfindən aparılan araşdırmada yeni detallar üzə çıxıb.

Xalqinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq Oktar qrupunun bir ailənin üç qızını necə aldadıb, tələyə saldığını sübut edib.

Üç bacıdan G.Ç. ifadəsində yaşadığı qorxunc anlardan danışıb. 15 yaşından 17 yaşına qədər iki il boyunca Adnan Oktar və adamlarının cinsi istismarına məruz qaldıqlarını deyən G.Ç., hadisənin detalları barədə aşağıdakıları bildirib: “Bacım Ç., 2011-ci və ya 2012-ci il tarixlərində Beşiktaşda kursa gedərkən, Ender Daban adlı bir nəfərlə tanış olub. Ender Daban bacımı bir manekenlik agentliyinə yazdıraraq məşhur edəcəyini demişdi. Bundan sonra bacım Bora Yıldızla tanış oldu və sevgili oldular. Bacımın ad gününü qeyd etmək üçün getdiyimiz restoranda biz də Daban və digərləri ilə tanış olduq. Mən o gün tanış olduğum Kartal Göktan ilə sevgili oldum. Bir müddət sonra Kartal məndən çılpaq şəkillərimi istəməyə başladı. Mən də təcrübəsizliklə onun istəklərini yerinə yetirdim”.

G.Ç. deyib ki, Kartal Göktan dostları ilə birlikdə dəfələrlə onu cinsi istismar edib və bir gecə onu Oktarla tanış edib: “Oktar hər görüşümüz zamanı məni istismar edirdi”.

Üç bacı ilə bağlı ifadə verən U.Ş. adlı şahid isə aşağıdakıları deyib: “Oktar əsasən də Ç. Ilə maraqlanırdı. O müddətdə 16 yaşında olan Ç. adlı qıza Adnan Oktarın əmri ilə 50 nəfərin təcavüz etdiyinə və bunları videoya çəkdiklərinə şahid oldum. Qız təhdid və şantajla Oktarın cariyəsinə çevrildi. Ailəsindən qoparmaq üçün saxta bir evlilik də tərtib edildi. Kartal Göktan hər axşam G. Ilə bağlı Oktara məlumat verirdi”.
Geri qayıt