DataLife Engine > BLOK XƏBƏR > “Əli Kərimliyə bənzəməkdənsə, Rəqsanəyə bənzəmək daha yaxşıdır”-

“Əli Kərimliyə bənzəməkdənsə, Rəqsanəyə bənzəmək daha yaxşıdır”-


2-12-2014, 09:19. Yerləşdirdi: Tural “Əli Kərimliyə bənzəməkdənsə, Rəqsanəyə bənzəmək daha yaxşıdır”-
Sərdar Cəlaloğlundan AXCP sədrinə sərt cavab gəldi
ADP sədri Sərdar Cəlaloğlunun AXCP sədri Əli Kərimli haqda dediyi “Əli Kərimli də siyasətin primadonnasıdır?” ifadəsinə qarşı tərəfdən sərt cavab gəlib. AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu “Rejimin işgəncələrini görmüş Sərdar Cəlaloğlunu Rəqsanəyə çevirənlərə Allah lənət etsin!” başlıqlı məqalə yazıb. Məqalədə S. Cəlaloğlunun özünü Rəqsanənin yerinə qoyaraq müxalifətə şər-böhtan atdığı qeyd edilib.

S.Cəlaloğlu isə buna cavab olaraq bildirib ki, Əli Kərimliyə bənzəməkdənsə, Rəqsanəyə bənzədilməyi üstün tutur: “Düşünürəm ki, Əli Kərimliyə bənzəməkdənsə, Rəqsanəyə bənzəmək daha yaxşıdır. Çünki Rəqsanə sənət adamıdır. Pis- yaxşı öz sənəti ilə nəyə gücü çatır edir. Amma bu adamlar əlli cür sima, mövqe dəyişiblər. Yaxşı olardı ki, Əli Kərimli özünün qullarının arxasından çıxsın. Siyasəti bu cür vulqarlaşdırmaq, ləyaqətsiz bir səviyyəyə çatdırmaq olmaz. Facebookda kişi adına yaraşmayan qaydada təbliğat aparırlar. Bunu tək mənə qarşı yox, bütün liderlərə qarşı edirlər. Əli Kərimlinin müşavirlərindən biri facebookda yazıb ki, siyasi dialoqu tərəfdar edənlər trasda duran fahişələrdir. Yəqin ki, hər kəs xatırlayır, Əli Kərimlinin özü haqqında iqtidar hansı ifadələri işlədirdi. Biz onu o vaxtlar müdafiə edirdik. Ümumiyyətlə isə çalışırdıq ki, siyasətdə bu cür qeyri-əxlaqi davranışlara yol verilməsin. Əli Kərimli isə yenidən bunu dəbə salmağa çalışır. Mən heç o adamların danışığına fikir vermirəm. Məni Əli Kərimliyə oxşatmasınlar, başqa kimə oxşadırlar oxşatsınlar”.

S.Cəlaloğlu bu yolla onu əsəbləşdirməyin qeyri-mümkün olduğunu və onların dediklərini önəmsəmədiyini bildirdi: “Onlar bu yolla məni əsəbiləşdirmək istəyirlər. Amma mən əsəbiləşmirəm, bunlar boş şeylərdir. Əli Kərimli özünü Azərbaycan müxalifətinə ad vermək hüququna malik bir adam hesab edir. Mən bir dəfə televizorda qulaq asdım ki, İlhamə Quliyeva deyir ki, mən istənilən müğənniyə istədiyim adı verə bilərəm. Əli Kərimli də İlhamə Quliyeva kimi özünə belə bir səlahiyyət götürüb ki, Azərbaycan müxalifətindəki bütün qüvvələrə ad versin. Ona görə mən demişdim ki, Əli Kərimli, sən primadonnasan nəsən ki, dialoqa gedənləri trasda duran fahişə adlandırasan. Sən özün bir bax gör haqqında nələr deyilib. İstəyirsən ki, yenidən həmin deyilənləri gündəmə gətirib yadına salaq?! Sən bu əxlaqsızlığı yığışdırmaq əvəzinə bunu yenidən dəbə mindirmək istəyirsən?! Halbuki bundan ən çox əziyyət çəkən sən olmusan, gələcəkdə də sən olacaqsan. Düzdür, o öz aləmində guya özü danışmır, müşaviri, köməkçiləri danışır. Amma bilirəm ki, bu məsələlərə şəxsən özü rəhbərlik edir.

Ona görə deyirəm ki, o adamların arxasında gizlənmə. Ətrafına yığdığın adamları da elə seç ki, əxlaqi cəhətdən normal olsunlar. Tutaq ki, heç bundan sənin xəbərin yoxdur. Əgər sənin ətrafındakı adamlar bu cür əxlaqsızdırlarsa, o zaman sən kimsən?! Əli Kərimli böyük kəşf edib, virtual aləmlə işləməyi bacarıb. Cavan uşaqların hərəsinə 3-5 manat verib otuzdurub kompyuterin qabağında və öz aləmində virtual aləmdə rəy formalaşdırır. Bunun üçün də qeyri-əxlaqi yollardan istifadə edir. Mənim əslində onlara cavab vermək fikrim yox idi. Bizim müraciətlə bağlı facebookda ləyaqətsiz bir söz işlətmişdilər. Mən də bununla bağlı münasibət bildirmişdim ki, axı sən kimsən ki, bir partiya qərar qəbul edir, sən də dərhal buna qiymət verirsən. Mən sənə deyirəm niyə bu işi belə edirsən?! Biz 10 nəfər lider piket keçirmək istədik. ”Azadlıq" qəzeti isə yazdı ki, bu, hakimiyyətin tapşırığıdır. Nə oldu bəs, hökumət bizə icazə vermədi, amma sənin min nəfərlik mitinqinə icazə verdi. Niyə?! İndi bax gör hökumətə kim işləyir.

Əli Kərimli, sən iki dəfə deputat olmusan. Propansional seçkidə 1 faiz səs toplamağına baxmayaraq, sənə deputatlıq verdilər. Sən həmin adamsan ki, 1998-ci ildə Əbülfəz Elçibəy prezident seçkilərini boykot etmək haqqında qərar qəbul edəndə sən onun müavini olmağına baxmayaraq, hökumətin tapşırığı ilə gedib Etibar Məmmədovla AXC-nin seçkiyə qatılacağı haqda sazişə imza atdın. Yadından çıxıb bunlar?! Özün iki dəfə satılıb parlamentə getmisən. Mən 2015-ci il iştirak edib-etməyəcəyimi və ya seçkinin olub-olmayacağını bilmirəm. İndi mən 2015-ci ildə seçkilərində iştirak etməsəm bu ittihamları necə əsaslandıracaqsan?! Bəsdir artıq, siyasəti çirkləndirmə. İnsanın özü çirkli olanda o demək deyil ki, çirkliliyini siyasətə də tökməlidir. Siyasət elə bir müqəddəs fəaliyyət siferasıdır ki, biz onu göz bəbəyimiz kimi qorumalıyıq. Çünki xalqın taleyi siyasətlə həll olunur. Mənim əslində bunlara cavab vermək fikrim yoxdur. Amma bunlar o qədər ləyaqətsiz hərəkətlər edir, yersiz danışırlar ki, adam cavab verməyə bilmir".
musavat.com
Geri qayıt