DataLife Engine > BLOK XƏBƏR > Azərbaycan ətrafında anti-

Azərbaycan ətrafında anti-


29-08-2018, 09:56. Yerləşdirdi: Tural Azərbaycan ətrafında anti-




Türkiyə, İran və Rusiya liderlərinin görüşündə ABŞ-a qarşı ortaq taktika seçilə bilər
Gələn ayın ilk yarısında Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək. Görüşün Suriya böhranı ilə bağlı olduğu deyilsə də, bu istiqamətdə bir çox müzakirələr açılıb. Müzakirələrin əsasını isə üç ölkənin Amerikaya qarşı koalisiya yarada biləcəyi yönündədir.

Belə iddialar var ki, Türkiyə, Rusiya və İran prezidentləri Suriya böhranından daha çox Amerika tərəfindən üzləşdikləri sanksiyaları müzakirə edəcəklər. Həmçinin Birləşmiş Ştatlara qarşı dirəniş göstərmək üçün “üçlk” formatında birlik yaratmağın yollarını arayacaqlar. Azərbaycan da gedən müzakirələrin mərkəzi xəttində yer alır. Buna səbəb rəsmi Bakının koalisiya yaradılacağı təqdirdə hansı seçimi edə biləcəyi yönündə yaranan suallardır. Eyni zamanda “Üçlər ittifaqı” yaranarsa, bunun gərginliyi azaldacağı yoxsa artıracağı yönündə fikirlər meydana çıxıb.

Politoloq Əhəd Məmmədli koalisiyanın yaranması üçün ilkin şərtlərin formalaşdığını bildirdi: “Türkiyə, Rusiya və İran son illərdir sıx əməkdaşlıq edir. Həm siyasi, həm iqtisadi, həm də hərbi sferalarda bu əməkdaşlığın inkişafını görürük. Suriya məsələsində baxmayaraq ki, Türkiyə Əsəd rejiminə qarşıdır, amma bu çətin məsələdə də Türkiyə, İran və Rusiya ilə danışıqlar aparır. Suriya məsələsində Türkiyə-Rusiya-İran, İraq məsələsində də Türkiyə-İran əməkdaşlıq edirlər. Şimali İraqda kürd dövlətinin yaranmasının qarşısını məhz Türkiyə ilə İran birlikdə aldılar. Amerika, İsrail və Almaniyanın kürd dövləti projesi iflasa uğradı. ABŞ-ın Türkiyəyə qarşı apardığı siyasətin nəticəsində neçə müddətdir artıq Türkiyə, İran və Rusiya tərəfindən anti-ABŞ koalisiyası var və get-gedə bu koalisiya mövcudluğunu artırmaqdadır. AK partiya Türkiyədə iqtidara gələndən sonra, xüsusən də iqtisadi yöndə Türkiyə-İran yaxınlaşması başladı. Türkiyə İranın ən yaxın ticarət partnyoruna çevrildi. Blokadaya rəğmən, Türkiyə İran neftini alırdı.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Rza Zərrab şousu məhz buna görə baş verdi. ABŞ indiki siyasətini davam etdirsə, Türkiyə-İran-Rusiya koalisiyası daha ciddi arealı əhatə edəcək. Türkiyə, İran və Rusiya Suriyadan ABŞ-ı tam çıxara da bilər. Eyni zamanda Türkiyə, İran və Rusiya birdəfəlik kürd projesini bağlaya bilərlər. Bu üç dövlət ABS və İsraili Yaxın Şərqdə təsirsiz hala da sala bilərlər. Amma bunun üçün gərək onlar ilk növbədə bir-birlərinə inansınlar, etimad etsinlər. Türkiyə-İran-Rusiya ittifaqı qurulsa, bu ən azı regionda dəngələri dəyişəcək. Anti-amerikan koalisiyası artıq var, sadəcə, bu koalisiyanın ittifaqa çevrilməsi söhbət mövzusudur. Türkiyə-İran-Rusiya üçbucağının qurulması Azərbaycanın xeyrinədir. Bu üçlüklə Azərbaycan tarixi çox sıx bağlıdır. Tarixə baxsaq görərik ki, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın xeyrinə olub. Məhz bu yaxınlaşmanın hesabına 1920-ci illərdə Qarabağla, Naxçıvan Azərbaycanın ərazisi kimi qaldı. Növbəti Türkiyə-Rusiya yaxınlaşması Azərbaycana işğal olunmuş torpaqlarını qaytarmaq tarixi şansı yarada bilər”.

Politoloq fikirlərinə bu cür davam etdi: “İndiki vəziyyətdə Azərbaycan maraqlı olmalıdır ki, Türkiyə-İran-Rusiya əməkdaşlığı inkişaf etsin. Hazırda Azərbaycanı bu koalisiyaya dəvət edilməsi inandırıcı görünmür. Heç buna ehtiyac da yoxdur. Dəvət gəlsə belə, Azərbaycan xarici balanslaşmış siyasətindən imtina edən deyil və düzgün də edər. Azərbaycan ayrılıqda Türkiyə-İran-Rusiya üçlüyü ilə çox sıx əməkdaşlıq edir. Biz balaca ölkəyik, Türkiyə-İran-Rusiya isə böyük dövlətlərin koalisiyasıdır. Bu koalisiya regiondan ABŞ-ı çıxartmaq gücündədir. Necə ki, Suriya və İraqda ABŞ-a güc göstərdilər. Bu gücü daha miqyaslı şəkildə göstərə də bilərlər. Amerika üçün Türkiyə-İran-Rusiya koalisiyası çox ciddi mesajdır. ABŞ onsuz da öz siyasəti ilə təkcə Türkiyə, İran, Rusiyanı deyil, Çin, Avropa Birliyi, Britaniyanı da qarşısına alıb. Amerika bu siyasəti ilə İsrailə, sionistlərə görə bütün dünyanı qarşısına almağa hazırdır. Fikrimcə, ABŞ nə etmək istədiyini heç özü də bilmir.

ABŞ elitaları arasında qarşıdurma davam edənə qədər Trampın nə etmək istədiyini, nə edəcəyinə heç kəs dəqiq cavab verə bilməz. Əslində Trampın nə etmək istədiyi bəllidir. Tramp biznesmendir. Onun üçün əsas Amerikanın daxili rifahıdır və daxili rifaha da nail olur. Tramp əsl biznes adamı kimi Avropanın təhlükəsizliyini pulsuz qorumağı istəmir. O, Avropa liderlərinə deyir: istəyirsiniz sizi Amerika Rusiyadan qorusun, bunun üçün pul verin. Bu təfəkkürlə siyasətdə indiyə qədər qurulan bütün dəngələri alt-üst edir. Ona görə dünyada belə gərginlik, qeyri-müəyyənlik sürür. Və bir də artıq dünya bir və ya ikiqütblü deyil. Dünya çoxqütblüyə qayıdır.

Bu da dünya üçün müsbət haldır. Və bu çoxqütblüyə qayıdışın səbəblərindən biri də Türkiyə-Rusiya-İran kimi ölkələrinin koalisiyasının qurulmasıdır. Və bu çoxqütblü dünyaya Azərbaycan hazır olmalıdır və orada öz yerini tutmalıdır. Təbii üçlü format vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Bu üçlük Amerikaya güc göstərməyə qadirdir. Bu üçlükdə olan ölkələr tək başına Amerikanın təzyiqi qarşısında dura biliblər. 40 ilə yaxındır Amerika İranı blokadada saxlayır, son illərdə Türkiyəyə, Rusiyaya sanksiyalar tətbiq etdi, amma heç bir halda amerikalılar istədiyinə nail olmadılar. Yenidən qurulan çoxqütblü dünya Amerikaya qarşı birləşir. İndiyə qədər heç bir dövlət təkbaşına bütün dünyaya qalib gəlməyib. Amerika da qalib gəlməyəcək. Amerika çoxqütblü dünyanın ən yaxşı halda bir qütbü olacaq. Tək və ikiqütblü dünyanın sonunun şahidiyik”.
Geri qayıt