DataLife Engine > BLOK XƏBƏR > Rusiyanın ABŞ-a göndərdiyi gizli məktubu üzə çıxdı -

Rusiyanın ABŞ-a göndərdiyi gizli məktubu üzə çıxdı -


4-08-2018, 13:59. Yerləşdirdi: Tural  Rusiyanın ABŞ-a göndərdiyi gizli məktubu üzə çıxdı -




Rusiyanın Suriya ilə bağlı ABŞ-a göndəriyi gizli məktubu üzə çıxıb.

“Xalqinfo” xəbər verir ki, gizli məktubun mətni barədə məlumatı “Reuters” yayıb. Bildirilir ki, Rusiya ordusunun Baş Qərargah Rəisi Valeri Gerasimov ABŞ Hərbi Qüvvələrinin Baş Qərargah rəisləri Komitəsinin rəhbəri general Cozef Danforda göndərdiyi məktubda Suriya barədə yazıb. Məktubda Rusiyanın ABŞ-a Suriyanın infrastrukturunu birgə bərpa etmək barədə təklifi yer alıb.

Lakin qarşı tərəf buna soyuq münasibət göstərib. Nəşr yazır ki, Vaşinqton Suriyadakı münaqişənin yalnız siyasi həllində Moskvanı dəstəkləyəcək.

Qeyd edək ki, sözügedən məktubu Rusiya ötən il iyulun 19-u göndərib.
Geri qayıt