DataLife Engine > BLOK XƏBƏR > “Atama görə əli çörək tutanlar bizlə maraqlanmadılar”

“Atama görə əli çörək tutanlar bizlə maraqlanmadılar”


4-08-2018, 13:42. Yerləşdirdi: Tural “Atama görə əli çörək tutanlar bizlə maraqlanmadılar”




3 avqust onun doğum günü idi. İntiharı ilə bütün ölkəyə şok effekti yaşadan psixoloq Dəyanət Rzayevin...

Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd etmişdi.

“Xalqinfo”nun məlumatına görə, Modern.az mərhum psixoloqu yada salaraq onun oğlu Dilqəm Rzayevlə söhbətləşib:

- Dilqəm bəy, artıq 1 ildən çoxdur, Dəyanət Rzayev aramızda yoxdur. Atanızla bağlı heç unutmadığınız xatirəniz varmı? Onun yeri ən çox nə zaman görünür?

- O mənim üçün hər an yaşayır və yanımdadır. Sağ olduğum müddətdə də mənimlə bərabər yaşayacaq. Ən çox birlikdə etdiyimiz zarafatlarımızdan istifadə edirəm. Məsələn: saçlarıma lağlağı edərək mənə “kirpi” deməsi indi də üzümü güldürən xatirələrimdəndir. Dediyim kimi övlad üçün yaxşı atanın yeri hər zaman var. Mənim də həyatımda, hər anımda, hər dəqiqəmdə onun yeri görünür. Həmişə də görünəcək.

- Dəyanət müəllim necə bir valideyn, ailə başçısı idi?

- O varkən mən çox xoşbəxt idim. İndiki ilə müqayisəyə gəlməyəcək qədər xoşbəxt. Darıxıram onlu günlərim üçün. Əgər bir övlad bir ata üçün darıxır, onunla yaşadığı həyatda xoşbəxt olubsa demək ki, o yaxşı ata olub. Mənim atam da çox yaxşı ata idi. Sevgi dolu idi. Sevgisini paylaşmağı sevirdi. Həm mənimlə, həm başqa insanlarla. Əgər nə zamansa ata olsam, onun kimi ata olmağı çox istərdim.

- Dəyanət Rzayevin ölümü həqiqətən də gözlənilməz idi. Əslində bu haqda çox söz-söhbətlər oldu. Hər halda sizin fikriniz də önəmlidir. Atanızı ölümə aparan səbəb nə ola bilərdi?

- Atamı ölümə aparan tək səbəb yaxşılıq etdiyi, sevdiyi, qayğı göstərdiyi insanların nankorcasına yırtıcılaşması idi. O belə bir cəmiyyətdən çox yorğun idi. Doğrudur, psixoloq idi. Amma hər şeydən əvvəl insan idi və insanların bütün çirkinliklərini görürdü. Düşünün, bu gün psixoloq kimi tanınan bir çox psixoloqlar belə onun yaxşılığını fürsətçiliyə çevirir, onun sayəsində əli çörək tutan bu dırnaqarası insanlar, psixoloqlar ondan sonra onun ailəsi ilə heç maraqlanmadılar. Təkcə dostu, psixoloq Elmir Əkbərdən başqa...

- Sizə hansısa arzularından danışıbmı? Ya da nədənsə şikayətləndiyi zaman olubmu?

- Onun tək arzusu yaradılmış olan hər kəsə sevgi və qayğı göstərmək idi. İnsanlarla yanaşı, sahibsiz heyvanlara da sahiblənirdi. Qismət olarsa, bu yolu onun üçün davam etdirəcəm. O şikayət etməyi sevməzdi. Heç şikayət etməzdi. Mən bütün bunları ondan sonra anladım. Təəssüf...
Geri qayıt