DataLife Engine > BLOK XƏBƏR > Ben Ladenin anası ilk dəfə danışdı:

Ben Ladenin anası ilk dəfə danışdı:


3-08-2018, 16:01. Yerləşdirdi: Tural Ben Ladenin anası ilk dəfə danışdı:





Əl Qaidə terror təşkilatının keçmiş rəhbəri Usamə Ben Ladenin anası Aliyə Qanem ilk dəfə müsahibə verib.

Unikal.org xəbər verir ki, qadın Böyük Britaniyanın "The Guardian” nəşrinə müsahibəsində oğlununuşaqlıqda çox yaxşı insan olduğunu bildirib:

"Mənim həyatım çox çətin keçib. Ona görə ki, oğlum hər zaman məndən uzaqda olub. O, çox yaxşı uşaq idi və məni çox sevirdi”.

Onun sözlərinə görə, Usamanı üç yaşından ikinci həyat yoldaşı olan, oğlunun ögey atası Məhəmməd Attas böyüdüb:


"O, yaxşı uşaq idi, universitet vaxtı qarşısına çıxan şəxslər onun beynini yudu. Oğlum 20 yaşında onun beynini yumağa kömək edən insanlara rast gələnə qədər... Siz bunu dini amil adlandıra bilərsiniz. Onlar bu işə görə pul alırdılar. Mən hər zaman ona deyirdim ki, bu adamlardan kənar dayan, o isə heç bir zaman mənə nə etdiyini demirdi. Bunun səbəbi isə onun məni çox sevməsi idi. Mən təsəvvür edə bilmirdim ki, Usama cihadçı ola bilər və bunu görəndə çox təəssüflənmişdim”.

Hazırda Aliyə Qanem ilə birlikdə Ciddə şəhərində terrorçunun qardaşları Qanem Əhməd və Qanem Həsən, eləcə də, ikinci əri Məhəmməd əl-Attas yaşayır.

Aliyə Qanemin digər oğlu Qanem Əhməd isə anasının hələ də Usamanı terrorçu kimi tanımadığını deyib:

"11 sentyabrdan 17 il keçib və anam hələ də Usamanı inkar edir. O, yalnız Usamanın bizim hamımızın gördüyü yaxşı tərəflərini dərk və qəbul edir. O, Usamanı elə çox sevirdi ki, oğlunu günahlandırmaqdan imtina edirdi. Onun yerinə isə ətrafdakıları ittiham edir. O, ancaq həmin oğlanın yaxşı tərəfini bilir.

11 Sentyabr baş verəndə bizim ailə bilirdi ki, bunun arxasında qardaşımız Usama dayanır. Mən heyrətə düşmüşdüm. Bu, qəribə hiss idi. Biz ilk 48 saatda bunun Usama tərəfindən törədildiyini öyrəndik. Bizim ailənin kiçiyindən böyüyünə qədər hər kəs Usamaya görə utanırdı. Sonuncu dəfə Usamanı 1999-cu ildə Qəndahardakı bazalardan birinin yaxınlığında gördük. O vaxtdam ölənə qədər onunla görüşə bilmədik”.



Qeyd edək ki, Usama Ben Ladenin anasından müsahibə şəxsən Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın icazəsindən sonra alınıb. Bu ailə hələ də Səudiyyə Ərəbistanının ən nüfuzlu ailələrindən biri sayılır.
Geri qayıt