DataLife Engine > BLOK XƏBƏR > Ermənistanda aclıq gözlənilir

Ermənistanda aclıq gözlənilir


7-10-2014, 20:21. Yerləşdirdi: test Ermənistanda aclıq gözlənilir
Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Ermənistana da təsir edir.
Ermənistanın Mərkəzi Bankı Rusiyadan Ermənistana fiziki şəxslər adına köçürülən pulların kəskin azaldığını bildirib.

Mərkəzi Bankın son hesabatı avqust ayına aiddir. Avqustda bir il əvvəllə müqayisədə Rusiyada işləyən ermənilərin Ermənistana köçürdükləri pul 9 faiz azalıb.

2013-cü ilin avqustunda 184 milyon dollar pul köçürülmüşdüsə, bu ilin avqustunda 167 milyon dollar köçürülüb.

Ermənistan iqtisadiyyatı xaricdən köçürülən pullardan çox asılıdır. 2013-cü ildə Ermənistanın bütün ixracı 1,4 milyard dollar olub, xaricdən köçürülən pullar isə 1,8 milyard dollar təşkil edib.

Beynəlxalq Valyuta Fondunun Ermənistandakı nümayəndəsi Mark Horton deyib ki, Ermənistan iqtisadiyyatını çətin dövr gözləyir.
Geri qayıt