DataLife Engine > BLOK XƏBƏR > Bakıda güclü partlayış

Bakıda güclü partlayış


6-10-2014, 12:19. Yerləşdirdi: Tural Bakıda güclü partlayış
Ötən gün Bakının Sabunçu rayonu ərazisində güclü partlayış olub. Sabunçu rayon Polis İDarəsi 15-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 14:50-də qeydə alınıb.

Pirşağı bağlarında evlərin birində güclü partlayış səsi eşidilib. Partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində 65 yaşlı Vaqif Hacıyev yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər cəlb olunub. Ağır yanıq xəsarətləri alan Vaqif Hacıyev xəstəxanaya yerləşdirilib. Onun bütün bədəni yanıb. Hazırda vəziyyəti ağırdır.

Araşdırmalar zamanı məlum olub ki, hadisə qaz sızmasından baş verib. Kişi su qızdırıcısını yandırmaq istəyərkən partlayış olub.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt