DataLife Engine > BLOK XƏBƏR > İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -

İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -


29-09-2014, 12:07. Yerləşdirdi: Tural İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -

Biləsuvar rayonu yarandığı dövrdən bəri özünün ən yüksəliş dövrünü yaşayır. İcra başçısı Mahir Quliyevin rəhbərliyi altında rayonda həyata keçirilən islahatlar, görülən işlər bəhrəsini verərək, bu rayonun daha da abadlaşması, gözəlləşməsi, inkişaf etməsini təmin edir. Bunu bu ilin ilk altı ayında görülən işlər də təsdiqləyir.

Belə ki, Biləsuvarda son illər, eləcə də 2014-cü ilin birinci yarısında əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.
2014-cü ilin birinci yarımilində yerli gəlirlər 7.6 milyon manata qarşı 8.2 milyon manat və ya 108 faiz yerinə yetirilmişdir. Yerli xərclər isə 7.6 milyon manata qarşı 7.9 milyon manat və ya 104 faiz icra edilmişdir.

Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 116.2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 45.1 milyon, tikintidə 39.8 milyon, ticarətdə 24.8 milyon, sənayedə 5.0 milyon, nəqliyyatda 1.2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Cari ilin birinci yarısında əsas kapitala yönələn investisiyalar 40.3 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 70.9 milyon manat təşkil etmişdir. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1206 manat, orta aylıq əməkhaqqı isə 270 manat olmuşdur.

Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, altı ay ərzində rayonda 45 fərdi ev tikilmişdir. Ölkəmizdə 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar rayonda da bu istiqamətdə bir sıra işlər görülmüşdür. Bu məqsədlə rayonda müasir sənaye məhəllələrinin yaradılması üçün 10 hektar ərazi ayrılmışdır.
Birinci yarımildə rayonda sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 58 sahibkarlıq subyektinə 600 min manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində 660 yeni iş yerləri açılmışdır. 2014-cü ilin birinci yarımilində ailə üzvlərinin sayı 7712 nəfər olmaqla 1517 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 120 manat təşkil etmişdir.
Birinci yarımillikdə Biləsuvar rayonu ərazisində tikinti və abadlıq sahəsində də xeyli işlər görülmüşdür. Belə ki, 1176 şagird yerlik Ağalıkənd kənd və 220 şağird yerlik Amankənd kənd tam orta məktəbləri tikilib istifadəyə verilmiş, 640 şağird yerlik Xırmandalı kənd 2 saylı tam orta məktəbinin, 450 şağird yerlik Aşağı Cürəli kənd tam orta məktəbinin tikintilərində son tamamlama işləri aparılır. Biləsuvar rayon Toxumçuluq idarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmış, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının, C.Cabbarlı küçəsində 100 yerlik, M.A.İbrahimov küçəsində 200 yerlik uşaq bağçalarının, rayonun Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri və rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işləri davam etdirilmişdir. Şəhərin Heydər Əliyev küçəsində 2013-cü ildə ğörülmüş işlərin davamı olaraq yolun genişləndirilməsi, hasarların tikintisi, kommersiya obyektlərinin aqlay daşları ilə üzlənməsi, bordyurların düzülməsi, səkilərə üzlük plitələrin döşənməsi və işıqlandırma sisteminin quraşdırılması işləri davam etdirilir.
Bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2013-cü il tarixli 3055 saylı Sərəncamı ilə inşasına başlanılan və 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunda torpaq yatağının, süni suötürücü qurğuların, yol əsasının və asfalt örtüyünün tikintisi başa çatdırılmışdır. Bundan başqa Prezidentin 07 sentyabr 2013-cü il tarixli 3123 saylı digər Sərəncamı ilə inşasına başlanılan və 10 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunda isə torpaq yatağı, yol əsası və süni su ötürücü qurğuların tikintisi başa çatdırılmış, hazırda uzunluğu 81,0 metr olan körpüdə tikinti işləri davam etdirilir.
Əhalinin təbii qazla təmin edilməsi istiqamətində də son illər nəzərə çarpacaq işlər görülmüşdür. Təkcə 2013-cü il ərzində rayonun 4 kəndi təbii qazla təmin olunmaqla ümumilikdə rayon üzrə 1 şəhər və 18 kənd qazlaşdırılmışdır. Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılmışdır. Hazırda abonentlərə suyun verilməsi işləri görülür. Kanalizasiya sisteminin tikintisi işləri isə davam etdirilir.
2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 25697 hektar sahədə dənli bitkilər əkilmişdir ki, bundan 11050 hektarı buğda, 14647 hektarı isə arpadır.Yazlıq əkinlər üçün 18616 hektar əkin aparılmışdır. Bakı şəhər əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak etmişlər. 2014-cü ilin 6 ayı ərzində yarmarkalara 456 tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları göndərilmişdir.
2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərini 965 məzun bitirmişdir. Onlardan 922 nəfəri attestat almış, 440 nəfəri tələbə adını qazanmaq üçün qüvvəsini sınayır. Ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqətin Biləsuvarda da öz müsbət nəticələrini verməkdədir. Son illər rayonda 11 yeni məktəb tikilmiş 5 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Təhsil ocaqlarının informasiya kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılmış, məktəblərdə komputerlərin sayı 385-ə çatdırılmışdır.
Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına uyğun olaraq Respublika Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə keçirilən tarix dərsləri uğurla başa çatmış, 925 nəfər 11-ci sinif şagirdi Ulu Öndərin həyat və zəngin siyasi fəaliyyətini öyrənmişdir.

Mahir Quliyev Biləsuvarı cənnətə döndərir

Qeyd edək ki, açılışında möhtərəm Prezidentimizin iştirak etdiyi Heydər Əliyev Mərkəzinin istifadəyə verilməsi Biləsuvarın mədəni həyatında mühüm hadisəyə çevrilmişdir. Hazırda bu Mərkəz rayon ziyalılarının, Gənclərin hər gün müraciət etdikləri əsl mədəni mərkəzdir. Son aylar Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nigah mərasimlərinin təntənəli keçirilməsi artıq ənənəyə çevrilmişdir. İndiyədək Mərkəzdə 30-dan çox təntənəli nigah qeydə alınmışdır.
Bildirək ki, bütün bunların ərsəyə gəlməsi böyük zəhmət tələb edir. Eyni zamanda, yüksək qabiliyyətli idarəçilik məsələsi mühüm amildir. Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev də Prezidentin göstəriş və tapşırıqlarını yerinə yetirən zaman bu prşəkarlığa və idarəçiliyə vaqif olub. Elə bu səbəbdəndir ki, rayon camaatı Mahir Quliyevin Biləsuvara icra başçısı göndərdiyinə görə, Prezidentə dərin təşəkkürlərini bildirirlər.

İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
İcra başçısının Prezidentin tövsiyyəsi əsasında fəaliyyəti bəhrəsini verir -
Geri qayıt