DataLife Engine > BLOK XƏBƏR > İsa Qəmbərin 7994 günü

İsa Qəmbərin 7994 günü


26-09-2014, 11:27. Yerləşdirdi: Tural İsa Qəmbərin 7994 günü
Azərbaycanın ən qədim partiyası Müsavat sentyabrın 27-də qurultay keçirir. Qurultayda partiyanın altıncı başqanı seçiləcək.


1911-ci ildə qurulmuş Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Beşinci başqan İsa Qəmbərin səlahiyyəti başa çatır. “Media forum” saytı bildirir ki, qurultay günü İsa Qəmbərin başqanlığının 7994 günü tamam olacaq.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci il noyabrın 8-də Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub. İsa Qəmbər həmin gün partiya başqanı seçilib. Başqan seçilərkən 35 yaşı olan İsa Qəmbər o zamandan postunu əlində saxlayır.

Fəal siyasətə 1988-ci ildən qoşulan İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-93-cü illərdə Milli Məclisin sədri olub. 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

Mediaforum.az


Geri qayıt