DataLife Engine > BLOK XƏBƏR > Futbolçu arvadını öldürdü-

Futbolçu arvadını öldürdü-


23-09-2014, 22:08. Yerləşdirdi: Tural Futbolçu arvadını öldürdü-
Rusiyanın “Zenit”in veteran futbolçusu Vladimir Dolqopolov həbs olunub.

Xalqinfo.az-in məlumatına görə, 1984-cü ildə Sankt-Peterburq klubunun heyətində SSRİ çempionu olan 52 yaşlı veteran futbolçu həyat yoldaşını öldürməkdə ittiham olunur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Dolqopolovun həyat yoldaşı ilə mübahisə etdiyini və ona ağır bədən xəsarətləri yetirdiyini iddia edirlər. Bu xəsarət nəticəsində də veteran futbolçunun həyat yoldaşı dünyasını dəyişib.

Dolqopolov 2009-cu ildən “Zenit”də menecer vəzifəsində çalışır və veteranlarla iş üzrə fəaliyyət göstərirdi.ans

Geri qayıt