DataLife Engine > BLOK XƏBƏR > Satışa çıxarılan ən bahalı avtomobil nömrələri –

Satışa çıxarılan ən bahalı avtomobil nömrələri –


26-07-2014, 21:29. Yerləşdirdi: Tural Satışa çıxarılan ən bahalı avtomobil nömrələri –
Azərbaycan sürücülərinin müəyyən bir qisminin idarə etdiyi avtomobillərlə bərabər onların üzərindəki dövlət nömrə nişanına da ciddi önəm verməsi hamımıza məlumdur. Bəzən dövlət nömrə nişanının “zerkalnı” olmasına xüsusi əhəmiyyət verən insanların onlara fantastik məbləğ xərclədiyini də eşidirik.

Axar.az olaraq internet saytlarında satışa çıxarılan bir neçə avtomobil nömrəsinin qiymətini oxucularımıza təqdim edirik.


Qeyd edək ki, 10-XX-XXX–la başlayan nömrələr 90 və 99-la başlayan nömrələrdən daha yüksək qiymətə satılır:

1. 10-BA-010 15.000 AZN
2. 10-GG-020 15.000 AZN
3. 10-SL-007 10.000 AZN
4. 10-XX-006 10.000AZN
5. 85-BA-101 10.000 AZN
6. 10-HZ-009 7.800 AZN
7. 10-BS-005 6.500 AZN
8. 90-AS-101 5.500 AZN
9. 10-AZ-666 5.000 AZN
10. 10-OC-107 4.000 AZN

İndi isə qanunvericiliklə tənzimlənən avtomobil nömrələri üçün nəzərdə tutulmuş dövlət rüsumlarını təqdim edirik:
*Qiymət nömrə nişanındakı rəqəmlərin və hərflərin düzülüşündən asılı olaraq dəyişir.

Müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manat - bu rəqəmlərlə olan nömrədə hərflər eyni olarsa, qiymət 2500 manat;


Müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat - hərflər eyni olduğu halda 1500 manat.

«111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində seriya hərfləri müxtəlif olduğu halda dövlət rüsumu 500, eyni olarsa, 1000 manat təşkil edir.

Bu tipli nömrələr istisna olmaqla qalan bütün nömrələr üçün dövlət rüsumu 18 manat təşkil edir.

Geri qayıt