DataLife Engine > BLOK XƏBƏR > Xanım Qafarova dəfn edildi

Xanım Qafarova dəfn edildi


11-07-2014, 19:18. Yerləşdirdi: Tural Xanım Qafarova dəfn edildi
Bu gün günorta saatlarında vəfat edən əməkdar artist Xanım Qafarova dəfn edilib.

ans press-in məlumatına görə, aktrisa Kürdəxanı qəbristanlığında torpağa tapşırılıb.

17.50

Bu gün günorta saatlarında vəfat edən əməkdar artist Xanım Qafarova ilə vida mərasimi keçirilib. Mərasim aktrisanın evində təşkil edilib. ANS PRESS-in vida mərasimində iştirak edən əməkdaşının verdiyi məlumata görə, artıq mərhumənin cənazə namazı qılınıb və o dəfn edilmək üçün alqışlarla son mənzilə yola salınıb.

Mərasimdə aktrisanın yaxınları ilə yanaşı sənət yoldaşları da iştirak edir.

Xatırladaq ki, aktrisa bir necə il süd vəzi xərçəngindən əziyyət çəkib. O bir necə dəfə Türkiyədə müalicə edilib. Sabah isə müalicə üçün İsrailə getməli idi.

Allah rəhmət eləsin.

Geri qayıt