DataLife Engine > BLOK XƏBƏR > Bir sıra hakimlərin vəzifələri dəyişdirildi -

Bir sıra hakimlərin vəzifələri dəyişdirildi -


27-06-2014, 20:38. Yerləşdirdi: Tural Bir sıra hakimlərin vəzifələri dəyişdirildi -
Prezident İlham Əliyev bir sıra hakimlərin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar birinci instansiya məhkəmələrinin hakim və sədrləri təyin edilsinlər:

Abbasov Natiq Mehdi oğlu - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri;
İbrahimov Zamin Vəliyəddin oğlu- Astara Rayon Məhkəməsinin hakimi və sədri;
Quliyev İnşallah Fərrux oğlu - Şəki Rayon Məhkəməsinin hakimi və sədri.

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilir:

Nuriyev Mehman Bağış oğlu Şəki Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Şirvan İnzibati-iqtisadi Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Abdurəhmanlı İsmayıl Xudaverdi oğlu Astara Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Hüseynov Fikrət Cilingir oğlu Göygöl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati-iqtisadi məhkəməsinin hakimi təyin edilsin;
Rzayev Kamil Allahqulu oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi təyin edilsin.

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilir:

Nəsirov Vidadi Zahid oğlu Goranboy Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin edilsin;
İbrahimov Cavad Cavanşir oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağstafa Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Məmmədov Rafiq Rəşid oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi təyin edilsin.
Geri qayıt