DataLife Engine > BLOK XƏBƏR > Dünyanın ən gözəl modeli ad gününü qeyd etdi

Dünyanın ən gözəl modeli ad gününü qeyd etdi

13-06-2014, 08:58. Yerləşdirdi: Tural Dünyanın ən gözəl modeli ad gününü qeyd etdi
Dünyanın ən gözəl modeli hesab edilən Adriana Limanın bu gün doğum günüdür.

anspress-in məlumatına görə, braziliyalı cazibədar xanım 33 yaşını qeyd edir. May ayının əvvəlində 5 il ailə həyatı sürdükdən sonra həyat yoldaşı Marko Yariç ilə yollarını ayıran model xoş gününü dostlarının ətrafında keçirib.

Cütlüyün ayrıldığı barədə rəsmi açıqlamanı dünyaca məşhur Victoria's Secret brendinin "mələyi" özü verib. Bütün bunlara baxmayaraq Adriana kişiləri valeh etməyə davam edir, futbol üzrə dünya çempionatı üçün çəkilən video çarxlara baxdıqda da bu qənaətə gəlmək olar.

Qeyd edək ki, Adriana Lima 15 yaşından bu günə qədər podiumda yer alır. O, hələ 15 yaşında gözəllik yarışmasında qalib olub.

Xatırladaq ki, model və Yariçin iki qız övladı var, 4 yaşlı Valentina və 19 aylıq Sienna. Cütlüyün gizli toy mərasimi isə 2009-cu il sevgililər günündə fevralın 14-də baş tutub.

Geri qayıt