DataLife Engine > BLOK XƏBƏR > Emin Müslüm Maqomayev

Emin Müslüm Maqomayev


25-07-2016, 16:21. Yerləşdirdi: Tural Emin Müslüm Maqomayev  Oktyabrın 22-23-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Maqomayev adına IV beynəlxalq müsabiqəsi keçiriləcək.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, müsabiqənin final konserti oktyabrın 23-də “Krokus Siti Holl” səhnəsində reallaşacaq. Konsertdə Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Monqolustan, Ukrayna və Xorvatiyadan olan vokalçılar çıxış edərək müsabiqənin laureatı adı uğrunda mübarizə aparacaqlar.

Münsiflər heyəti SSRİ xalq artisti Tamara Sinyavskayanın rəhbərliyi altında vokalçıların ifasını qiymətləndirəcək.


Xalqinfo.az
Geri qayıt