DataLife Engine > BLOK XƏBƏR > İsveçrənin maliyyə naziri Xalça Muzeyini ziyarət edib

İsveçrənin maliyyə naziri Xalça Muzeyini ziyarət edib


15-07-2016, 20:11. Yerləşdirdi: Tural İsveçrənin maliyyə naziri Xalça Muzeyini ziyarət edib İyulun 15-də İsveçrə Konfederasiyasının maliyyə naziri Ulrix Maurerin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyini ziyarət edib.

Xalqinfo.az muzeydən Axar.az-a verilən məlumata əsasən bildirir ki, qonaqlara Azərbaycan xalçaçılıq sənəti haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələrindən biridir.

Qeyd edilib ki, tətbiqi sənətin nadir nümunələrinin toplandığı Azərbaycan Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.

Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Burada xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.

Diqqətə çatdırılıb ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar bəzəyir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir. Bu xalçalar insanların, heyvanların, quşların üslublaşdırılmış təsviri, bitkilərin ornamentləri, xalqın həyatını təsvir edən süjetli motivlərlə bəzənib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqlarda xoş təəssürat oyadıb.
İsveçrənin maliyyə naziri Xalça Muzeyini ziyarət edib




















Kainat Şirin


Xalqinfo.az
Geri qayıt