DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Şəhid pilotların ailələrinə mənzil hədiyyəsi

Şəhid pilotların ailələrinə mənzil hədiyyəsi


14-04-2016, 12:05. Yerləşdirdi: Tural Şəhid pilotların ailələrinə mənzil hədiyyəsi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev cəbhədə baş verən son hadisələrdə şəhid olan pilotların ailələrinə ev bağışlayıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, bu addım SOCAR prezidentinin təşəbbüsüdür və şəxsi büdcəsi hesabına verilib. Mənzillər Bakı şəhərində yerləşir.

Qeyd edək ki, 4 günlük müharibədə şəhid olan pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Mirzəyevdir.
Geri qayıt