DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Manaf Ağayev 3 il əvvəl toyunda oxumuşdu, bu gün isə məzarında... - Video

Manaf Ağayev 3 il əvvəl toyunda oxumuşdu, bu gün isə məzarında... - Video


13-04-2016, 21:39. Yerləşdirdi: Tural Manaf Ağayev 3 il əvvəl toyunda oxumuşdu, bu gün isə məzarında... - Video

Manaf Ağayev 3 il əvvəl toyunda iştirak etdiyi şəhidimiz Pəncəli Teymurovun məzarını ziyarət edib.

"Xalqinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşan müğənni bu gün Astaraya getdiyini və qəhrəman şəhidimizin məzarı başında "Vətən oğlu" mahnısını oxuduğunu qeyd edib:

"Heç fikirləşməzdim ki, 3 il bundan qabaq Pəncəli bəyimizin toyunda oxuduğum "Vətən oğlu" mahnısını mənim üçün nə qədər çətin olsa da, bu gün valideynlərinin, qardaşlarının istəyi ilə məzarı üstündə oxuyum...Arzusu çin oldu qardaşımızın. Vətənimin belə oğlanlarıyla fəxr edirəm. Var olsun, xalqım. Var olsun Azərbaycan ordusu".

Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurovun toyundan kadrlar paylaşılmışdı. Manaf Ağayevin də iştirak etdiyi toyda hərbçimiz "Ən böyük arzum bu torpaq uğrunda şəhid olmaqdır" demişdi.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olun Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.



Geri qayıt