DataLife Engine > BLOK XƏBƏR > Çevik Polis Alayı Bakıda əməliyyat keçirdi -

Çevik Polis Alayı Bakıda əməliyyat keçirdi -


5-03-2016, 19:51. Yerləşdirdi: Tural Çevik Polis Alayı Bakıda əməliyyat keçirdi -
Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı Bakıda oğurluqla məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı, Xəzər RPİ 2-ci PB və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan bu il fevralın 18-dək olan müddətdə Bakı şəhər sakinləri X.Xəlilova məxsus mağazadan, N.Zamanzadəyə məxsus çantadan, İ.Vəliyevaya və İ.Əliyevaya məxsus gözəllik salonundan pul, tütün məmulatı, ərzaq məhsulu və məişət əşyası oğurlamış Yevlax rayon sakini Alişan Məmmədov və Gəncə şəhər sakini Pərviz Niyazov saxlanılıblar.

Aparılmış əməliyyat tədbirləri ilə onların daha 3 nəfərə məxsus mağaza və gözəllik salonundan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.
Geri qayıt