DataLife Engine > BLOK XƏBƏR > Naxçıvanda maaşlar qaldırılıb

Naxçıvanda maaşlar qaldırılıb


4-03-2016, 00:14. Yerləşdirdi: Tural Naxçıvanda maaşlar qaldırılıb

Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.

Xalqinfo”nun report-a istinadən xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla icra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş Mühasibatlığında, Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzində, Dövlət Arxivi, rayon (şəhər) dövlət arxivlərində, Naxçıvan Dövlət Film Fondunda, Naxçıvan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində çalışan işçilərin əmək haqları 10 faiz artırılıb.

Sərəncam martın 1-dən qüvvədədir.
Geri qayıt