DataLife Engine > BLOK XƏBƏR > Gülənçilərin yeni siyahısı

Gülənçilərin yeni siyahısı


21-05-2014, 19:58. Yerləşdirdi: Tural Gülənçilərin yeni siyahısı
Fətullah Gülənə məxsus olduğu iddia edilən “paralel hökumət” adlı qruplaşmanın üzvlərinin yeni siyahısı meydana çıxıb.

"XALQİNFO"-nun məlumatına görə, Gülənçilərin yeni siyahısında Türkiyənin Sabiha Gökçən Havalimanın idarə heyətinin üzvlərinin adı qeyd olunub.

Siyahıda 57 nəfərin adı yazılıb. Gülənçilərin siyahısında 2 xanım polisin adının yer aldığı üzə çıxıb. Gülənçi qadın polislərin adlarının yanında “Camaatın bacısı” ifadəsi qeyd olunub.

Hava limanındakı “paralel hökumət” üzvlərinin siyahısında S.Y adlı bir şəxsin adı da qeyd olunub. Həmin şəxsin adının yanında isə “Hava limanının imamı” ifadəsi qeyd olunub.anspress

Geri qayıt