DataLife Engine > BLOK XƏBƏR, MANŞET > İlham Əliyev 54 yaşını qeyd edir

İlham Əliyev 54 yaşını qeyd edir


24-12-2015, 11:08. Yerləşdirdi: Tural İlham Əliyev 54 yaşını qeyd edir
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.

“Xalqinfo”nun məlumatına görə, prezident 54 yaşını qeyd edir.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub.

İki dəfə 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə prezident seçilib.

Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanıb.

Evlidir. Üç övladı var.

“Xalqinfo” kollektivi İlham Əliyevi ad günü münasibətilə təbrik edir!

İlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edirİlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edir
İlham Əliyev 54 yaşını qeyd edir
Geri qayıt