DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Mehriban Əliyeva - İlin 1-ci Xanımı

Mehriban Əliyeva - İlin 1-ci Xanımı


14-05-2014, 22:41. Yerləşdirdi: Tural Mehriban Əliyeva - İlin 1-ci Xanımı
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görülüb.

Bu mükafat Mehriban xanıma "The Business Year: Azerbaijan - 2014" nəşrinin bu gün keçirilən təqdimat mərasimində "The Business Year" şirkəti tərəfindən verilib.

ANS PRESS-in Trend-ə istinadən məlumatına görə, mükafat Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevə təqdim olunub.

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" elan olunub.

İ.Mustafayev çıxışında Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tədbir iştirakçılarına salamlarını çatdırıb və "The Business Year" jurnalına təqdimata görə təşəkkürünü bildirib: "Siz bilirsiniz ki, 10 may 2014-cü ildə Heydər Əliyev Fondunun 10 illik fəaliyyəti tamam olmuşdur və bu fəaliyyətə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək qiymət verib. Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndər Heydər Əliyevin irsini öyrənmək və onu geniş ictimaiyyətə, gənc nəslə çatdırmaqdır və bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən nəinki Azərbaycanda, eləcə də bütün dünyada mədəniyyət, təhsil, səhiyyə, sosial yönümlü layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "Tolerantlıq ünvanı Azərbaycandır" adlı böyük layihə həyata keçirilir. "The Business Year" jurnalına gələcək fəaliyyətində uğurlar arzu edirəm".

Geri qayıt