DataLife Engine > BLOK XƏBƏR > “Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt ilə inkişaf edir..."

“Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt ilə inkişaf edir..."


13-05-2014, 01:27. Yerləşdirdi: Tural “Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt ilə inkişaf edir..."
“Rusiya ilə qarşılıqlı maraq doğuran və xoş qonşuluq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritet sahələrindəndir”.

APA – nın Rusiyanın Həştərxan şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Həştərxanda Heydər Əliyev Fondunun 10 illiyi ilə bağlı keçirilən tədbirdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

O qeyd edib ki, hazırda Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt ilə inkişaf edir və hər iki dövlətin maraqlarına cavab verir: “Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlıq edir. Hər iki ölkə rəhbərlərinin birgə səyləri sayəsində XXI əsrin əvvəllərində Azərbaycan və Rusiya arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”.
Geri qayıt