DataLife Engine > BLOK XƏBƏR > Ağ Ev Putinin pullarına görə Mərkəzi Kəşfiyyat İdarəsini söyüb -

Ağ Ev Putinin pullarına görə Mərkəzi Kəşfiyyat İdarəsini söyüb -


18-07-2015, 22:25. Yerləşdirdi: Tural Ağ Ev Putinin pullarına görə Mərkəzi Kəşfiyyat İdarəsini söyüb -
Amerika xüsusi xidmət orqanlarının Rusiya prezidenti Vladimir Putini hələ Sankt-Peterburq meriyasında işləyəndən izlədiyi məlum olub.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Times” nəşrində dərc edilmiş məqalədə bildirilir.

Lakin bütün dövrlərdə Moskva ilə normal münasibətlər saxlamaq və “daha vacib problemlərlə məşğul olmaq" naminə Birləşmiş Ştatlar administrasiyası Kremldəki korrupsiyaya dair sənədlərə xüsusi diqqət ayırmayıb.

Bildirilir ki, ABŞ kəşfiyyatının Putini uzun müddətdir araşdırmasına baxmayaraq onun şəxsi kapitalı və pullarını harada saxladığı barədə “həddən artıq az” informasiya var. Bunun səbəblərindən biri budur ki, ABŞ administrasiyası belə hesabatlara görə Rusiya ilə münasibətləri korlamaq istəmirdi.

Bill Klintondan başlayaraq Amerika prezidentləri xarici siyasətdə həmişə Rusiya ilə münasibətlərin bərpasına çalışıblar. Eyni zamanda onlar “Putinin və adamlarının sərvəti haqda” kəşfiyyatdan daxil olan hesabatlara qətiyyən məhəl qoymayıblar.

Konqresdəki mənbələrdən biri “Times”ə deyib: “Büdcənin ixtisarı, Rusiyaya daha az diqqət və bu cür informasiyaların Rusiya ilə münasibətlərdə “yenidən yüklənmə” ərəfəsində əlverişli olmayacağına dair siyasi əminlik. Bütün bunlar birlikdə o demək idi ki, belə işlərlə məşğul olmaq asan deyil”.

Konqres rəsmisi həmçinin deyib ki, bir dəfə Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya elitasındakı korrupsiya və Putinin pulları barədə məruzəni Ağ Evə göndərib.

Ağ Evdən isə həmin məruzənin üstündə onu hazırlayanların ünvanına söyüş yazaraq Mərkəzi Kəşfiyyat İdarəsinə geri göndəriblər.

2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ Maliyyə Nazirliyində yeni departament yaradılıb. Bu departament terrorçuluqla mübarizədə Amerika kəşfiyyat xidmətlərinin informasiyalarından istifadə edir.

Departamentin əsas hədəfi “əl-Qaidə” və İran pulları olub, həmçinin arzuolunmaz rejimlərə qarşı sanksiyalar hazırlayıb. Lakin həmin idarə Rusiyanı prioritet vəzifə kimi nəzərdən keçirmirdi.

2008-ci ildə Moskva Gürcüstana hərbi müdaxilə edəndə Ağ Evdə əl-ayağa düşdülər və Rusiyaya necə cavab verəcəklərini müzakirə etməyə başladılar.

ABŞ Maliyyə Nazirliyinin nümayəndələri Ağ Evə təklif etdilər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edilsin. Ancaq bu təklifi qəbul etmədilər və hesab etdilər ki, sanksiyalar dünya iqtisadiyyatına zərər vurar.Ötən il Rusiya qoşunları Krımı alandan sonra Vaşinqtonun Kremlə qarşı taktikası da kökündən dəyişdi.

Mərkəzi Kəşfiyyat İdarəsinin 2007-ci ildə hazırladığı və dərc edilməmiş hesabatına əsasən Putinin 40 milyard dollar pulu olub. Lakin Amerika administrasiyasını Putinin pullarından çox Rusiyaya qarşı yanaşmanın dəyişməsi maraqlandırır.
Geri qayıt