DataLife Engine > BLOK XƏBƏR > “ASAN xidmət” mərkəzinin tikilməsi üçün 7 milyon manat ayrıldı-

“ASAN xidmət” mərkəzinin tikilməsi üçün 7 milyon manat ayrıldı-


16-07-2015, 19:58. Yerləşdirdi: Tural “ASAN xidmət” mərkəzinin tikilməsi üçün 7 milyon manat ayrıldı-
Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regionlarda əhaliyə göstərilən xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Prezidentin ehtiyat fondundan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” mərkəzinin tikilməsi üçün ilkin olaraq 7 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Geri qayıt