DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Fransa səfirliyi Leyla Yunusu Azərbaycandan qaçırmaq istəyib

Fransa səfirliyi Leyla Yunusu Azərbaycandan qaçırmaq istəyib


29-04-2014, 13:52. Yerləşdirdi: Tural Fransa səfirliyi Leyla Yunusu Azərbaycandan qaçırmaq istəyib
“Aprelin 28-də iki saat ərzində Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza rəsmiləşdirib”.


"Xalqinfo" xəbər verir ki, bu barədə APA-ya diplomatik mənbədən məlumat daxil olub. Məlumata görə, məqsəd Leyla və Arif Yunusları ölkədən çıxararaq, onları Fransada yerləşdirmək olub. Verilən məlumatda o da bildirilib ki, bu məsələdə Fransanın Azərbaycandakı səfirliyinə ABŞ-ın Azərbaycandakı səfirliyi də dəstək verib.

Mənbə qeyd edib ki, həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, Yunus ailəsinin Azərbaycandan Dohaya yola salınması planlaşdırılıb: “Daha sonra isə onlar Parisə yola salınacaqlarmış”.

Qeyd edək ki, aprelin 28-də saat 23:00 radələrində L. Yunus və həyat yoldaşı Arif Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər.

Lakin Azərbaycan hüquq-mühafizə orqanları onları hava limanında saxlayıb və geri qaytarıb.
Geri qayıt