DataLife Engine > BLOK XƏBƏR > Prezident və xanımı I Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib

Prezident və xanımı I Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib


25-05-2015, 12:53. Yerləşdirdi: Tural Prezident və xanımı I Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Atletlər və Media kəndlərinin açılışlarında iştirak ediblər.

APA-nın məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə Atletlər kəndində olublar.

Prezident İlham Əliyev Atletlər kəndinin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dövlət başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verib. Bildirildi ki, Atletlər kəndində 13 yaşayış və bir inzibati bina fəaliyyət göstərir. Yaşayış binalarındakı 1042 mənzildə 7499 nəfərin qalması üçün hər cür şərait var.

Prezident və xanımı mənzillərdə, ticarət mərkəzində, eləcə də dünya və Azərbaycan mətbəxinin nümunələrinin təqdim olunduğu yeməkxanalarda, tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.

Sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Media kəndində olublar. Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı və xanımı akkreditasiya, klub-istirahət mərkəzlərinə, media nümayəndələri üçün mənzillərə və yeməkxanaya baxıblar.

Bildirilib ki, Media kəndindəki dörd yaşayış binasında ümumilikdə 536 mənzil var ki, burada da 1830 nəfər qala bilər. Media kəndində 500 yerlik yeməkxana, klub-əyləncə və s. mərkəzlər fəaliyyət göstərir.

Sonda xatirə şəkli çəkdirilib.
Geri qayıt