DataLife Engine > BLOK XƏBƏR > Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq

Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq


6-04-2015, 17:38. Yerləşdirdi: Tural Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq
Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsində iştirak etməyəcək.

“Eurovision”un mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur: “Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə “Eurovision 2015”-də iştirak etməyəcək”.

Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı.
Geri qayıt