DataLife Engine > BLOK XƏBƏR > Yəmən prezidenti qaçdı

Yəmən prezidenti qaçdı


29-03-2015, 09:51. Yerləşdirdi: Tural Yəmən prezidenti qaçdı
Yəmənin legitim prezidenti Əbd-Rəbbo Mənsur Hadi qaçaraq ölkəsini bombardman edən Səudiyyə Ərəbistanına sığınıb. ANS PRESSin məlumatına görə, Hadi üsyançılara qarşı mübarizədə beynəlxalq ictimaiyyətdən də dəstək istəyib.

O, bilidirib ki, ölkədə baş verən hadisələr vətəndaş müharibəsinə çevrilməmiş qarşıdurmalara əngəl olmaq lazımdır. “Husilər bizim suverenliyimizə müdaxilə edirlər. Onlar məbədləri dağıdır, hərbi bazalardan oğurluq edir və mülki müsəssisələr üzərində nəzarəti ələ alırlar. Onlar şəhərləri mühasirədə saxlayırlar”- deyə Əbd-Rəbbo Mənsur Hadi əlavə edib.

Yəməndə hökumət qüvvələri ilə husi üsyançıları arasında qarşıdurmalar davam edir. Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiya qırıcıları husilərin mövqelərini ötən gün də bombalayıblar.

Hərbi hava qüvvələri hazırda dövlətin əsas istehkamı olan Ədən şəhərinə istiqamətlənmiş üsyançı karvanına aviazərbələr endiriblər. Eyni zamanda, paytaxt Sənada hava limanı ətrafı aviazərbələrə məruz qalıb. Son 3 gündə qarşıdurmalar zamanı ölənlərin sayı 60-ı keçib.

Husilər Səudiyyə Ərəbistanını Yəmənədə fəal hərbi müdaxilə etməkdə ittiham ediblər. Gərgin vəziyyətlə əlaqədar Birləşmiş Millət Təşkilatının 140 diplomatı dəniz yolu ilə Yəməni tərk edib.

Husilərə qarşı birgə hərbi əməliyyatlar məsələsi ötən gün Ərəb Liqasının da gündəmində olub. Misirin Şeyx əl-Şarm şəhərində keçirilən iclasda, əsasən, Liviya və Misir regional problemləri həll etmək üçün birgə hərbi qüvvələrin yaradılmasını vacib hesab ediblər.

Geri qayıt