DataLife Engine > BLOK XƏBƏR > Doğuşda faciə -

Doğuşda faciə -


21-02-2015, 11:43. Yerləşdirdi: Tural Doğuşda faciə -
Sağlam övlad dünyaya gətirmək üçün xəstəxanaya gətirilən ananın uşağı ölü doğulub.

ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Biləsuvar rayonunda baş verib.

Rayonun Ovçubərə kənd sakini 40 yaşlı Səmayə Nuruyeva doğuş sancıları ilə Biləsuvar Mərkəzi rayon Xəstəxanasına qəbul edilib. Doğuşdan əvvəl həkimlərin apardıqları müayinə zamanı uşağın öldüyü məlum olub.

Təbii üsulla aparılan doğuş prosesi zamanı uşaq ölü dünyaya gəlsə də, ananın səhhətində heç bir problem olmayıb. Səmayə Nuruyevanın həyat yoldaşı isə uşağın həkimlərin səhlənkərlığı ucbatından ölü doğulduğunu iddia edir.

Səmayə Nuryeva deyir ki, həkimlərin iddia etdiyi kimi bətnindəki 9 aylıq uşağın ölü olduğunu əvvəllər hiss etməyib. Onun sözlərinə görə, əgər belə hal olsaydı səhhətində hər hansı problemlər yarana bilərdi.

Həkimlər isə uşağın xəstəxanada deyil, ana bətinində bir neçə gün əvvəl öldüyü bildirilər. Onlar bunu dölün bədənində müxtəlif patalogiyaların olması ilə izah edirlər. Həkimlər ananın səhhətini normal qiymətləndirirlər.

Qeyd edək ki, Səmayə Nuruyeva bundan əvvəl 8 uşaq dünyaya gətirib. Onların hamısı sağlam doğulub.

Geri qayıt