DataLife Engine > BLOK XƏBƏR > Hakerlər dünyanın ən böyük SİM kart bazasını “partladıb”

Hakerlər dünyanın ən böyük SİM kart bazasını “partladıb”


20-02-2015, 14:34. Yerləşdirdi: Tural Hakerlər dünyanın ən böyük SİM kart bazasını “partladıb”
Dünyanın ən böyük SİM kart istehsalçılarından biri olan Gemalto şirkəti NSA (ABŞ Milli Təhlükəsizlik Dairəsi) və İngilis kəşfiyyat üzrə GCHQ tərəfindən haker hücumuna məruz qalıb. Mərkəzi Hollandiyada yerləşən şirkətin bazasına hücum edilib.

Bildirilir ki, hollandiyalı SİM kart istehsalçısı olan və ildə iki milyardın üzərində SİM kart istehsal Gemaltonun bazasına hücum olub. 85 ölkədə fəaliyyət göstərən SİM kart istehsalçısı NSA və kiber hücum təhdidini aradan qaldırmaq məqsədi ilə qurulan İngilis kəşfiyyat təşkilatı GCHQ-nin birlikdə çalışdığı bildirilir.

Həmçinin, qeyd edilir ki, bir çox telefon operatorunun istifadə etdiyi SİM kartların bazasında olan bu problemlə milyonlarla adamın dinlənilməsi ehtimalı var.
Geri qayıt