DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Putinin inanılmaz sərvəti- 200 milyard

Putinin inanılmaz sərvəti- 200 milyard


16-02-2015, 14:24. Yerləşdirdi: Tural Putinin inanılmaz sərvəti- 200 milyard
Xalqinfo.az xəbər verir ki, Dünyaya meydan oxuyan Rusiya prezidenti Vladimir Putinin 200 milyard dollar sərvəti var.

ans press-in məlumatına görə, bu iddianı ortaya bir zamanlar Rusiyanın ən böyük xarici sərmayəçilərindən olan "Hedge fondu"un idarə heyətinin rəhbəri Bill Brovder atıb.

CNN kanalında Ferid Zekariyanın suallarına cavab verən Brovder belə deyib. Onun fikrincə, Putin dünyanın ən zəngin insanıdır.

“Rusiyada 14 ildir iqtidardadır. Ölkə çox pul qazanıb. Bu pullar məktəblərə, yollara xərclənmədir. Hamısı İsveçrədəki bank hesablarındadır".

Brovder Putinin 1999-cu ildə baş nazir, 2000-ci ildə prezident olmasından sonra oğurlaya bildiyi qədər pul oğurladığını iddia edib.

Xatırladaq ki, dünyanın ən zəngin adamı "Microsoft"un qurucusu Bill Qeytsdir. Onun 79 milyard dolları var.
Geri qayıt