» » Təhsil millətin gələcəyidir-

Təhsil millətin gələcəyidir- Xaləddin Ələkbərov

Bölmə: BLOK XƏBƏR, Köşə
Təhsil millətin gələcəyidir-

Xalqinfo .az Xəbər portalı,Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin
direktor əvəzi Xaləddin Ələkbərovun təhsilimizlə bağlı olan məqaləsini təqdim edir.

“Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O bildirmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu həssaslığı ulu öndərimiz SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və ölkəmiz müstəqillik qazandıqdan sonra da göstərmişdir. Bunu onun təhsili sahəsindəki xidmətləri də sübut edir.
Heydər Əliyev SSRİ dövründə - XX əsrin 70-80 – ci illərində Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər görmüşdür. O, 1972- ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” və 1973- cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul etdi. Bu qərarların tətbiqi nəticəsində ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırıldı. Ucqar bölgələrimizdə orta ümumtəhsil məktəbləri açılaraq, minlərlə azyaşlı bu məktəblərə cəlb edildi. XX əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəsisəsi açılmış və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılmışdır. Həmçinin bu illərdə o, azərbaycanlıların Sovet İttifaqının ən nüfuzlu təhsil müəssisələrində oxumasına çalışmış və bununla bağlı böyük səy göstərmişdir. Elə bu səyin nəticəsində 1970- ci ildən başlayaraq hər il 800- 900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bu da gələcəkdə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə təkan vermişdir.
Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Biz müstəqilliyimizin ilk illərinə nəzər salanda görür ki, təhsildə məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsi və s. ilə bağlı müxtəlif problemlər, çətinliklər vardı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Bunula yanaşı təhsil sistemində əmələ gəlmiş başıpozuqluğa, hərcmərcliyə son qoyuldu, təhsilin idarə edilməsinə gətirilmiş səriştəsiz adamlar ordan uzaqlaşdırılaraq peşəkar, bacarıqlı, işgüzar alimlər, müəllimlər təhsilin idarə edilməsinə gətirildilər. Dərslik problemini həll etmək üçün əvvəlcə 1-4 – cü siniflər, sonra isə yuxarı siniflər üçün dövlət vəsaiti hesabına dərsliklər çap olunmağa başlandı. Təhsil sistemindəki problemləri aradan qaldırmaq üçün prezidentin sərəncamı ilə 1998- ci il martın 30- da Dövlət Komissiyası yaradıldı. Müstəqil Azərbaycan müəllimlərinin 1998- ci ildə I qurultayı keçirildi. Qurultayda Heydər Əliyevin təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli ilə bağlı çıxışı oldu. Qurultayda həmçinin tariximizdə ilk dəfə olaraq Respublika Təhsil Şurası yaradıldı. Sonralar ulu öndər tərəfindən verilmiş “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirlməsi haqqında” 13 iyun 2000- ci il tarixli, “Dövlət dilinin tətbiqi işinin təkmişlləşdirilməsi haqqında” 18 iyun 2001- ci il tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili günün (1 avqust) təsis edilməsi haqqında” 9 avqust 2001- ci il tarixli bəyanat, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi- texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002- ci il tarixli fərmanlar, sərəncamlar təhsilimizi dünya standartların səviyyəsinə qaldırdı. Hal- hazırda ümummilli liderin təhsillə bağlı siyasəti prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirməkdədir

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin
direktor əvəzi Xaləddin Qasım oğlu Ələkbərov


Şərh Yaz
ŞƏRH(125)

ilhan terterli 20 oktyabr 2017 19:15
yaxsi insalardir
Çit          121

damla 22 oktyabr 2017 18:32
maraqli idi. cox twk edirem. men bu haqda insa yazmali idim cox minnetdaram
Çit          122

bir damla yas 23 oktyabr 2017 20:22
maraqlidir insani burdan yazdim
Çit          123

nunu 6 noyabr 2017 15:15
maraqlidir
Çit          124

seva 15 dekabr 2017 15:13
ela cox saqolun fikirlere gore
Çit          125

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler