Orta məktəbə Heydər Əliyevin adı verildi- RusiyadaBölmə: BLOK XƏBƏR, MANŞET
![]() Xalqinfo.az xəbər verir ki, Ulyanovsk şəhər Administrasiyasının 9 dekabr 2014-cü il tarixli qərarına əsasən, büdcədən maliyyələşdirilən bələdiyyə tədris müəssisəsinə (BBTM) - 78 nömrəli orta ümumtəhsil məktəbinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib. Bu əlamətdar hadisə Azərbaycan hökuməti ilə Ulyanovsk vilayəti hökuməti arasında millətlərarası dostluq münasibətlərinin inkişafında növbəti addımdır. 2009-cu ildə Ulyanovskda Heydər Əliyevə abidə ucaldılıb və onun adını daşıyan meydan yaradılıb. Şəhərdəki 78 nömrəli məktəbdə Azərbaycan Milli Mədəniyyət Muzeyi açılıb. Burada Azərbaycan dili bazar günü məktəbi fəaliyyət göstərir. 2010-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu tədris müəssisəsində xeyriyyəçilik layihəsi həyata keçirilib, məktəb əsaslı təmir edilib. Ulyanovsk şəhər rəhbərliyi yuxarıda deyilənləri nəzərə alaraq və Azərbaycan Respublikası rəhbərliyinin bu şəhərin mədəni, sosial və iqtisadi həyatına töhfəsini yüksək qiymətləndirərək, 78 nömrəli məktəbə Heydər Əliyevin adının verilməsini qərara alıb. Əlamətdar haldır ki, 78 nömrəli orta ümumtəhsil məktəbi büdcədən maliyyələşdirilən bələdiyyə tədris müəssisəsinə Heydər Əliyevin adının verilməsi haqda qərar ulu öndərin anım günü ərəfəsində qəbul edilib. Bu fakt ümummilli liderin xatirəsinə dərin ehtiramın və Azərbaycan xalqına hörmətin sübutudur. AzərTAc |
XƏBƏR LENTİ
10.12.19 16:59 | “Anar Ələkbərov mənə zəng vurdu...”
10.12.19 16:37 | Rusiyanın baş prokuroru bakılıya vəzifə verdi
10.12.19 16:04 | “Disney” yeni filmi barədə xəbərdarlıq etdi
10.12.19 16:00 | Sabah hava necə olacaq?
10.12.19 15:56 | 165 min pul, 4 mənzil və ticarət obyekti ələ keçirdi
10.12.19 15:16 | Bu şəxslərə verilən Prezident təqaüdü də elektronlaşdırıldı
10.12.19 14:40 | Nazirdən qərar - Artıq lisenziya tələb olunacaq
10.12.19 14:33 | Kəmaləddin Heydərov 51 yaşlı generalı vəzifəsindən çıxardı
10.12.19 13:32 | Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir
10.12.19 12:44 | Üç qurum “anlaşdı”
10.12.19 12:39 | Azərbaycanlı rejissorun filmi Rusiyada “ən yaxşı” oldu
10.12.19 12:28 | ““İşğal altında Şuşa” və “İşğal altında Ağdam” adlı ilk milli oyunlarımız yaradılıb”
10.12.19 12:04 | Uşaqları döyən ata və ögey anasına cinayət işi açıldı
10.12.19 11:45 | Yalçın Əfəndiyev vəfat etdi
10.12.19 11:27 | Tramp haqqında qalmaqallı dosyenin müəllifi qızının dostu çıxdı
10.12.19 11:25 | Nazir müavini Bakıda dəhşətli yanğın baş verən ərazidə
10.12.19 11:19 | “EuroHome”in sahibi bu şəxsdir
10.12.19 11:15 | Nəsimidə anım gününə həsr olunmuş tədbir
|