» » “Vətəndaşlarımız Ermənistan rəhbərliyinə görə evlərinə qayıda bilmir” - Əliyev+Video

“Vətəndaşlarımız Ermənistan rəhbərliyinə görə evlərinə qayıda bilmir” - Əliyev+Video

Bölmə: BLOK XƏBƏR
“Vətəndaşlarımız Ermənistan rəhbərliyinə görə evlərinə qayıda bilmir” - Əliyev+Video






Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsində Prezident İlham Əliyev münaqişənin indiyədək həll edilməməsinin səbəbkarının Ermənistan olduğunu bildirib. “Xalqinfo”nun məlumatına görə, Prezident Ermənistanı danışıqların həlledici məqamlarında bəhanələr gətirməkdə günahlandırıb:

“Mənim Ermənistan rəhbərləri ilə danışıqlar təcrübəmdən çıxış edərək deyə bilərəm ki, cənab Paşinyanın iki sələfi ilə də danışıqlar aparmaq imkanım olub. Hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar. Digər sözlə desək, onların hamısı status-kvonun dəyişməz olaraq qalmasını istəyirlər. Lakin elə onların da hamısı buna fərqli tərzdə nail olmağa çalışıblar. İndi isə Baş Nazir Paşinyan öz təklifi haqqında danışanda və söyləyəndə ki, həll variantı Azərbaycan xalqı tərəfindən qəbuledilən olmalıdır, mən buna cavab vermişəm və Azərbaycan xalqı üçün nəyin qəbuledilən olduğunu söyləmişəm.

Erməni təcavüzündən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz evlərinə qayıtmaq istəyirlər. Bu, onların fundamental hüququdur. Onlar Ermənistan rəhbərliyinə görə, demək olar ki, 30 ildir, bu hüquqdan məhrum ediliblər”.

İ.Əliyev qeyd edib ki, “Dağlıq Qarabağ ordusu” və “Dağlıq Qarabağ Respublikası” anlayışı yoxdur və münaqişə tərəfləri yalnız Ermənistanla Azərbaycandır.

“Baş Nazir Dağlıq Qarabağın “özünümüdafiə qüvvələri”ndən danışanda o bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir. O çox yaxşı bilir ki və mən də bilirəm ki, “Dağlıq Qarabağ ordusu”nun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə 80 faizindən də artıqdır. Buna görə də “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ Respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan.

ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözü söyləyəcklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler