» » Nazir daha bir tanınmış generalı təqaüdə göndərdi

Nazir daha bir tanınmış generalı təqaüdə göndərdi

Bölmə: BLOK XƏBƏR
Nazir daha bir tanınmış generalı təqaüdə göndərdi




Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov məşhur general-mayor Həsən Şirinovu təqaüdə göndərib.

“Xalqinfo”nun verdiyi xəbərə görə, H.Şirinov nazirin əmri ilə xidmət olmanın son yaş həddi ilə bağlı olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsindən azad olunub.

H.Şirinov bu gün nazir V.Eyvazov tərəfindən qəbul edilib.

O, daxili işlər orqanlarında uzun müddət xidmət etdiyini, dövlətçilik pribnsiplərinə sadiqliyini, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində fərqləndiyini, habelə 70 illik yubileyini nəzərə alaraq Həsən Şirinovu Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edib.

Bakı ŞBPİ-nin mətbuat katibi, polis mayoru Elşad Hacıyev məlumatı təsdiqləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler