» » Bir qrup veteran təşkilatı Siyavuş Novruzova dəstək oldu

Bir qrup veteran təşkilatı Siyavuş Novruzova dəstək oldu

Bölmə: BLOK XƏBƏR
Bir qrup veteran təşkilatı Siyavuş Novruzova dəstək oldu




Bir qrup veteran təşkilatı və ictimai birliklər YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzova dəstək çağırışı ilə 5 saylı Şahbuz - Babək seçki dairəsi üzrə seçicilərə müraciət ünvanlayıblar.

"Xalqinfo" xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Həmvətənlərimiz!

Bildiyiniz kimi, 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərində 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş, Əfqanıstan, Sədərək, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, müharibə veteranı Siyavuş Novruzov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.

Siyavuş Novruzov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq, hər zaman sözügedən qurumların fəaliyyətinə dəstək verib, günün reallıqları ilə səsləşən yeni qanunların hazırlanması və qəbulu təşəbbüsü ilə çıxış edib.

O, hər zaman müharibə və əmək veteranlarına, hərbi qulluqçulara, əlillərə, şəhid ailələrinə diqqət və qayğı göstərmiş, onların həyat və məişət şəraitinin daha da yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməmişdir. Əminik ki, Siyavuş Novruzov yenidən Milli Məclisdə təmsil olunacağı halda, xalqımızın layiqli nümayəndəsi kimi ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların həyata keçirilməsində, əhalinin rifahının daha da yaxşılaşmasında, sosialyönümlü qanunların qəbul olunmasında bundan sonra da fəal iştirak edəcək.
Hörmətli seçicilər, hamılıqla Siyavuş Novruzova səs verək!”

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi

"Azərbaycan Əfqanıstan Veteranları" İctimai Birliyi

"Ehtiyyatda Olan Zabitlərin Konfederasiyasi" İctimai Birliyi

"Tərxiz Olunmuş Hərbiçi Gənclərin Maarifləndirilməsi" İctimai Birliyi

"20 Yanvar Cəmiyyəti" İctimai Birliyi

"Çernobı Əlilləri" İttifaqı İctimai Birliyi

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti

Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" İctimai Birliyi

Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler